Polşanın XİN rəhbəri: Türkiyə və Çin Rusiya-Ukrayna danışıqlarında ABŞ-ı əvəz edə bilər Dünya

Polşanın XİN rəhbəri: Türkiyə və Çin Rusiya-Ukrayna danışıqlarında ABŞ-ı əvəz edə bilər

ABŞ-ın Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün vasitəçilik səyləri uğursuz olarsa, başqa ölkələr də vasitəçi rolunu oynaya bilər.

Xalqcebhesi.az UNİAN-a istinadən xəbər verir ki, bu sözləri Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

"Əlbəttə, biz Birləşmiş Ştatlara vasitəçilik səylərində uğurlar arzulayırıq. Lakin bu yol uğursuz olarsa, başqa namizədlər də var. Kommunikasiya kanallarını saxlayan Türkiyə var. Bundan başqa hər şeydən əvvəl, Putini danışıqlar masasına oturtmaq üçün unikal vasitələri olan Çin Xalq Respublikası var", - Sikorski bildirib.