Trampdan dərmanların qiymətləri ilə bağlı açıqlama Dünya

Trampdan dərmanların qiymətləri ilə bağlı açıqlama

ABŞ Prezidenti Donald Tramp verəcəyi yeni qərarlarla bağlı açıqlama verib. Tramp növbəti sərəncamının ölkəsində reseptlə satılan dərman qiymətlərinə aid olacağını açıqlayıb.

O, ölkəsində reseptlə satılan dərmanların qiymətlərini 30%-dən 80%-ə qədər endirəcək sərəncam imzalayacağını açıqlayıb: “Reseptlə satılan dərmanların qiymətləri 30%-dən 80%-ə qədər azalacaq. Onlar uzun illərdən sonra ilk dəfə Amerikaya bərabərlik və ədalət gətirmək üçün bütün dünyada artacaq. Mən ABŞ-nin dünyanın istənilən yerində ən aşağı qiyməti ödəyən ölkə ilə eyni qiyməti ödəyəcəyi ən çox ayrı-seçkiliyə məruz qalan bir millət siyasəti quracağam. Nəhayət, ölkəmizə ədalətli davranılacaq və vətəndaşlarımızın səhiyyə xərcləri heç vaxt düşünülməmiş sayda azalacaq. Həmçinin ABŞ trilyonlarla dollara qənaət edəcək”.