İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
14 May 2025 00:36
2 184
Moskva mayın 15-də İstanbulda Kiyevlə danışıqları məsuliyyətlə aparmağa hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında söyləyib.
Diplomatın sözlərinə görə, erkən proqnoz vermək tezdir:
“Biz danışıqlara ciddi məsuliyyətlə yanaşmağa hazırıq”, – deyə o vurğulayıb.
Nazir müavini əlavə edib ki, mayın 15-də İstanbulda keçiriləcək danışıqlarda münaqişənin davamlı həlli və yerdə formalaşmış reallıqlar, o cümlədən ərazi məsələsi müzakirə olunacaq.
“Mövzular dəyişməz qalır, dəfələrlə dediyimiz kimi əsas məqsəd münaqişənin etibarlı və davamlı həllini təmin etməkdir. Bunun üçün isə ilk növbədə münaqişənin ilkin səbəblərinə qayıtmaq lazımdır”, – deyə Ryabkov qeyd edib.