

Perunun baş naziri Qustavo Adrianzen Konqresdə etimadsızlıq səsverməsindən sonra tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, paytaxt Limada xalqa müraciət edən Adrianzen istefa ərizəsini prezident Dina Boluarteyə təqdim etdiyini bildirərək, "Cənab prezident, ölkənin maraqlarına uyğun olaraq, bu gün sizə bildirmək istəyirəm ki, Nazirlər Şurasının sədri vəzifəsindən dönməz şəkildə istefa verdim." deyib.
Ölkənin çətin anlarında üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirdiyini bildirən Adrianzen, "Əminəm ki, bu gün tamamladığımız tarixin səhifələri yalnız övladlarımızın və nəvələrimizin oxuyacağı səhifələrdir. Yalnız bundan sonra ədalət öz yerini tapacaq." deyib.
Peru mediasına görə, müxalifət partiyaları Adrianzenin ölkədə artan zorakılıqla mübarizədə qeyri-adekvat olduğunu əsas gətirərək Konqresə etimadsızlıq təklifi təqdim ediblər.
Perunun Pataz bölgəsində 13 şaxtaçının qaçırılaraq öldürülməsindən sonra Adrianzen ağır tənqidlərə məruz qalıb.
Peruda cinayət nisbətlərinin son vaxtlar artması və hökumətin təhlükəsizlik məsələləri ilə məşğul olmaqda çətinlik çəkməsi ölkədə siyasi qeyri-sabitliyi daha da dərinləşdirir.
Məryəm