Tramp Putinin getdiyi təqdirdə, İstanbul danışıqlarına gedəcəyini deyib Dünya

Tramp Putinin getdiyi təqdirdə, İstanbul danışıqlarına gedəcəyini deyib

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin də ora səfər edəcəyi təqdirdə Ukrayna ilə bağlı danışıqlar üçün Türkiyəyə gedəcəyi ehtimalının olduğunu deyib.

APA xəbər verir ki, bu barədə Tramp jurnalistlərə bildirib.

O qeyd edib ki, Putin onun Ukrayna üçün İstanbulda olmasını istəyir, amma Putinin gəlib-gəlməyəcəyini bilmir:

"Mən orada olmasam, onun (Putinin) orada olacağını bilmirəm. Bilirəm ki, o, mənim orada olmağımı istərdi və bu, bir ehtimaldır”.