Türkiyədə zəlzələ olub Dünya

Türkiyədə zəlzələ olub

Türkiyənin müxtəlif yerlərində zəlzələlər davam edir.

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, gecə yarısı Çorum və Ərzurum bölgələrində zəlzələ baş verib.

AFAD-ın məlumatına görə, Çorum İskilipdə 3.1 bal gücündə, Ərzurum Narmanda isə 3.2 bal gücündə zəlzələ baş verib. Zəlzələlərin dərinliyi İskilipdə 10,44 km, Narmanda 11,31 km olub.