

Almaniyanın hazırda Ukraynaya uzaqmənzilli “Taurus” qanadlı raketləri tədarük etmək planı yoxdur.
Bunu Almaniya kansleri Fridrix Mers deyib.
“Bu məsələ hazırda gündəmdə deyil”, - o, ZDF televiziyasında Kiyevə raketlərin ötürülməsinə Sosial Demokratların mümkün müqaviməti ilə bağlı sualı cavablandırarkən deyib.
Kanslerin sözlərinə görə, çatdırılma orduya sistemləri idarə etmək bacarıqları öyrətmək zərurəti ilə əlaqədar xeyli vaxt tələb edəcək. Bununla belə, o, əlavə edib ki, Kiyev Fransa və Böyük Britaniyadan qanadlı raketlər alacaq.
Almaniya kanslerinin fikrincə, bu məsələ ictimaiyyət tərəfindən şişirdilir. O xatırladıb ki, əvvəllər raketlərin Kiyevə verilməsi ilə bağlı müzakirələr açıq şəkildə aparılıb və bu, Mersin fikrincə, Rusiya üçün “strateji üstünlük”, Almaniya üçün isə “strateji çatışmazlıq” olub. İndi Almaniya hökuməti Ukraynaya silah tədarükü ilə bağlı məlumatı ictimaiyyətə açıqlamamaq qərarına gəlib.
Cavid