

16 May 18:03
16 May 18:01
Cənubi Koreya mallarının ABŞ-ın idxal rüsumlarından azad edilməsini xahiş edib.
Xalqcebhesi.az xəbər verir ki, bunu Koreya Respublikasının ticarət, sənaye və energetika naziri An Dok Kın bildirib.
ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir ilə məsləhətləşmələr zamanı nazir bildirib ki, ölkəsi problemin həlli və tariflərin ləğvi üçün qarşılıqlı faydalı variantlar axtarır.
"Müvafiq orqanlar arasında sıx məsləhətləşmələr gedir, biz öz mövqeyimizi ətraflı şəkildə çatdırırıq. Bundan çıxış edərək, ardıcıl olaraq mallarımızın rüsumlardan azad edilməsini xahiş edirik", - An Dok Kın bildirib.