ABŞ-da neft buruqlarının sayı azalıb Dünya

ABŞ-da neft buruqlarının sayı azalıb

Bu həftə ABŞ-da neft qazma qurğularının sayı 1 ədəd azalıb.
Xalqcebhesi.az xəbər verir ki, Neft-mədən xidmətləri şirkəti Baker Hughes həftəlik rəqəmlərini açıqlayıb.
Müvafiq olaraq, ölkədəki neft qazma qurğularının sayı əvvəlki həftə ilə müqayisədə 1 ədəd azalaraq 9-16 may tarixləri arasında 473-ə düşüb.
Son bir ildə ABŞ-da neft qazma qurğularının sayı 24 ədəd azalıb.
Cümə axşamı 64,24 dollardan bağlanan Brent markalı neftin bir barelinin qiyməti cümə günü 64,53 dollardan bağlanıb.
West Texas Intermediate (WTI) markalı xam neftin bir barelinin qiyməti cümə günü 61,62 dollar səviyyəsində bağlanıb. WTI markalı xam neftin bir barreli cümə axşamı günü 61,69 dollara bağlanıb.

Məryəm Quliyeva