İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
18 May 2025 18:22
2 422
Belçika Ukraynaya 1 milyard avro məbləğində yeni hərbi yardım paketi ayıracaq.
Xalqcebhesi.az yerli mediaya istinadən xəbər verir ki, yardım paketinə təxminən 100 ədəd “Unimog” markalı zirehli təcili yardım maşını və nəqliyyat vasitəsi, müxtəlif silah və artilleriya sistemləri daxildir.
Belçikanın müdafiə naziri Teo Frankenin sözlərinə görə, bu yardımın böyük hissəsi – 645 milyon avro dəyərində olan silah və avadanlıq məhz Belçikada istehsal olunub.
Bundan əlavə, Belçika Ukraynaya beş ədəd pilotsuz dəniz gəmisi, müxtəlif tipli pilotsuz uçuş aparatları, dəbilqələr, tibbi avadanlıqlar, portativ dron aşkarlama sistemləri, gecə görmə cihazları və kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinə qarşı qoruyucu geyimlər, 16 mindən çox silah, habelə 20 təkmilləşdirilmiş “Cerber” zenit sistemi və “Leopard” döyüş tankı da təqdim edəcək.