

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Papa XIV Leonun Vatikanda keçirilən taxta çıxma mərasimində iştirak edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, tədbirin fəxri qonaqları arasında İtaliya Prezidenti Sercio Mattarella, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, eləcə də ayrı-ayrı ölkələri və beynəlxalq təşkilatları təmsil edən 150-dən çox nümayəndə heyəti olub.
Qeyd edək ki, XIV Leo 21 aprel 2025-ci ildə vəfat edən I Fransiskin varisi seçilib.