Putin: Hədəfimiz Ukraynada sülh və Rusiyanın təhlükəsizliyidir Dünya

Putin: Hədəfimiz Ukraynada sülh və Rusiyanın təhlükəsizliyidir

Rusiya prezidenti Vladimir Putin Ukraynada uzunmüddətli sülh və Rusiyanın təhlükəsizliyini təmin etməyi hədəflədiklərini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, Rusiyanın “Rossiya 1” dövlət kanalına danışan Putin Rusiyanın Ukraynadakı hədəflərindən danışıb.
Rusiyanın Ukraynada "xüsusi hərbi əməliyyatı" davam etdirmək üçün lazımi gücə sahib olduğunu bildirən Putin, "2022-ci ildə başladığımız işləri Rusiyanın istədiyi arzu edilən və məntiqi nəticəyə çatdırmaq üçün kifayət qədər gücümüz var. Bu nəticə mövcud böhranın səbəblərini aradan qaldırmaq, uzunmüddətli davamlı sülh üçün şərait yaratmaq və Rusiya dövlətinin təhlükəsizliyini təmin etməkdir" deyib.
Putin həmçinin bildirib ki, Ukraynada rusdilli insanların maraqlarını qorumaq istəyirlər.
Rusiya və Ukrayna son üç ildə ilk birbaşa danışıqlarını mayın 16-da İstanbulda keçirib.

Məryəm Quliyeva