Si Cinpin: Çin yoxsulluğun aradan qaldırılması təcrübəsini ŞƏT ölkələri ilə bölüşməyə hazırdır Dünya

Si Cinpin: Çin yoxsulluğun aradan qaldırılması təcrübəsini ŞƏT ölkələri ilə bölüşməyə hazırdır

Çin Xalq Respublikasının lideri Si Cinpin bəyan edib ki, Çin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə yoxsulluğun aradan qaldırılması sahəsində topladığı təcrübəni paylaşmağa hazırdır.

Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

“Çin, ŞƏT-ə sədrlik edən ölkə kimi, bütün üzv dövlətlərlə strateji təmasları gücləndirməyə, yoxsulluğa qarşı mübarizə sahəsində təcrübəsini bölüşməyə və praktiki əməkdaşlığı dərinləşdirməyə hazırdır”, – deyə Si Cinpin bildirib.