Rusiyanın itkiləri durmadan artır Dünya

Rusiyanın itkiləri durmadan artır

Ukrayna müharibənin 1182-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

"Xalq Cəbhəsi" Ukrayna Baş Qərargahının yaydığı məlumata istinadən xəbər verir ki, Rusiya indiyə qədər 975 800 hərbçi, 10 834 ədəd tank, 22 567 ədəd zirehli döyüş maşını, 28 067 ədəd artilleriya sistemi, 1 388 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 167 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 49 093 ədəd avtomobil texnikası, 36 621 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 894 xüsusi avadanlıq itirib.

Cavid