15 Yanvar 15:09
15 Yanvar 14:21
20 May 2025 15:46
1 736
Avropa İttifaqı (Aİ) və NATO ilə möhkəm əlaqələr təhlükəsizlik üçün vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Brüsseldə Çexiya Prezidenti Petr Pavel bu ölkənin Avropa Parlamentindəki deputatları ilə mayın 20-də keçirilən görüşdə deyib.
O qeyd edib: “Bu iki struktura - Aİ və NATO-ya dair bütün şübhələrimizə baxmayaraq, mən hələlik bizə daha böyük təhlükəsizlik, sabitlik və iqtisadi rifah təmin edə biləcək hər hansı alternativ görmürəm”.
Mayın 20-də səhər saatlarında Petr Pavel ANO, “Starosty i Nezavisimy” (merlər və müstəqillər), Vətəndaş Demokratlar (ODS), TOP-09,” Stachilo!” və müstəqil Avropa Parlamenti üzvləri ilə görüşdə qeyd edib ki, qarşıdakı illərdə, bəlkə də onilliklərdə hökm sürəcək kəskin rəqabət şəraitində Avropa vahid yanaşma olmadan uğur qazana bilməyəcək. Çexiya Prezidenti əlavə edib: “Avropanın heç bir ölkəsinin bu rəqabət mühitində ayaqda qalmaq şansı yoxdur. Hətta iqtisadiyyatı ilə Almaniya da Çin və ya ABŞ ilə müqayisə edilə bilməz”. Bununla belə, onun fikrincə, Avropanın birgə fəaliyyət üçün böyük potensialı var.
15 Yanvar 22:34
994
15 Yanvar 22:31
917
15 Yanvar 21:42
1 022