ABŞ-ın borcu iqtisadi riskləri artırır Dünya

ABŞ-ın borcu iqtisadi riskləri artırır

ABŞ-da sürətlə artan milli borcun nəzarət altına alınmasa, gələcək illərdə ölkə iqtisadiyyatının həcminə, məşğulluğa, investisiyalara və maaşlara mənfi təsir göstərəcəyi gözlənilir.
Xalqcebhesi.az xəbər verir ki, Beynəlxalq kredit reytinqi agentliyi Moody's ABŞ-ın kredit reytinqini "Aaa"dan "Aa1"ə endirib və buna səbəb kimi dövlət borcunun və faiz ödənişlərinin artması ilə ölkənin daha ağır borc yükünü yenidən gündəmə gətirib.
Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da xərclər və gəlirlər arasındakı struktur disbalans milli borcun sürətlə artmasına səbəb olur və mövcud tendensiya davam edərsə, qarşıdakı illərdə iqtisadi artımın yavaşlaması, milyonlarla insanın işini itirməsi, investisiyaların azalması riski var.

Məryəm Quliyeva