Fransada daşqın: 1 nəfər ölüb, 1 nəfər itkin düşüb Dünya

Fransada daşqın: 1 nəfər ölüb, 1 nəfər itkin düşüb

Fransanın cənubundakı Var bölgəsində yağan güclü yağışdan sonra daşqınlar nəticəsində yaşayış məntəqələri su altında qalıb, 1 nəfər həyatını itirib, 1 nəfər isə itkin düşüb.
Xalqcebhesi.az xəbər verir ki, Fransanın cənub-şərqindəki Var bölgəsində yağan güclü yağış daşqınlara səbəb olub. La Mole çayında suyun səviyyəsi cəmi iki saat ərzində 11 metr qalxıb. Fransanın Meteo-Fransa meteoroloji xidməti tərəfindən səhər saatlarında "narıncı" xəbərdarlıq edildiyi bölgədə bir çox yaşayış məntəqəsi və La Mole-Saint-Tropez hava limanı su altında qalıb. Var qubernatorluğundan verilən açıqlamada ilk məlumata görə, Le Lavanduda 1 nəfərin öldüyü, 1 nəfərin itkin düşdüyü bildirilib.

Məryəm Quliyeva