İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
20 May 2025 17:15
3 367
Fransada müxtəlif yollarla həbsxanalara keçirilən telefonların yığılması üçün ölkə miqyasında əməliyyat başladıldığı elan edilib.
Xalqcebhesi.az Milli mətbuata istinadən xəbər verir ki, Paris prokuroru Laure Beccuau yazılı açıqlama verərək ölkə üzrə 66 həbsxanada əməliyyat aparıldığını bildirib.
Açıqlamada, əməliyyatların "Çinli bir şirkət tərəfindən satışa çıxarılan və Fransada satılan mini telefonların toplanmasına" yönəldiyi qeyd olunub.
Bu əməliyyatın qanunsuz əməliyyatlar aparan və oğurluq malların alışına imkan verən bir platforma ilə bağlı istintaq çərçivəsində başladıldığı, “müəyyən edilmədən təcridxanalara daxil edilə bilən” minlərlə telefonun yığılması məqsədi daşıdığı bildirilib.
Məryəm Quliyeva