İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
21 May 2025 12:37
2 058
Moskva İrəvanla Bakı arasında münasibətlərin tam normallaşmasında maraqlıdır. Rusiya Azərbaycanla Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayır.
APA-nın Moskva bürosu xəbər verir ki ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə deyib.
Lavrovun sözlərinə görə, Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin nizamıanmasına səmimi şəkildə çalışır, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar kompleksinə bunun üçün möhkəm əsas hesab kimi baxır.
"Siz hər zaman bizim dəstəyimizə arxalana bilərsiniz - istər kommunikasiyaların blokdan çıxarılması məsələsində, istərsə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və bütün tərəflərin maraqları nəzərə alınmaqla humanitar məsələlərin həllində...", - Rusiya XİN başçısı vurğulayıb.
Lavrov qeyd edib ki, Moskva həmçinin Cənubi Qafqaz ölkələrini və onların yaxın qonşularını birləşdirən “3+3” platformasında regional əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətli potensialını görür.