.jpg)
.jpg)
Ermənistan Albaniyanın ardınca gələn il Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etməyə iddia edir.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə İrəvanda Rusiya Aqrar Universitetinin müəllim və tələbələri ilə görüşündə Rusiya xarici işlər Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, bununla bağlı Rusiya tərəfi erməni həmkarları ilə bugünkü danışıqlarda bu işə qiymət verib. Lavrov ümid edir ki, bu qiymətləndirmə başa düşüləndir və Rusiya Federasiyasının MDB və KTMT çərçivəsində tərəfdaş və müttəfiqlərinin hərəkətlərinə hörmət etdiyi kimi, hörmətlə qarşılanacaq.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin sammiti bu il Albaniyanın paytaxtı Tiranada keçirilib.