.jpg)
Azərbaycanın dünyada öz yeri, öz sözü var
21 May 23:08
21 May 23:08
21 May 17:43
21 May 16:23
İsrail və Türkiyə Suriyada hərbi fəaliyyətlərə dair prinsipial razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə məlumatı İsrailin “Israel Hayom” nəşri yayıb.
Məlumata əsasən, razılaşma Azərbaycanda bir neçə həftə ərzində aparılmış danışıqların nəticəsində əldə olunub və iki ölkənin orduları arasında hərbi toqquşmaların qarşısının alınmasına yönəlib.
Tərəflər Suriyada İsrail və Türkiyə qüvvələri arasında qarşıdurma riskini minimuma endirəcək prinsiplər üzərində razılığa gəliblər.
Bundan əlavə, İsrail və Türkiyə Suriyadakı qüvvələri arasında koordinasiya və insidentlərin qarşısını almaq məqsədilə “qaynar xətt” yaradıblar.
Qeyd edək ki, Türkiyə və İsrail rəsmiləri Suriya ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün aprel ayından bəri Bakıda görüşürlər.
“Middle East Eye” tezliklə Azərbaycanda İsrail və Türkiyə arasında danışıqların beşinci raundunun keçiriləciyini bildirib.