.jpg)
Azərbaycanın dünyada öz yeri, öz sözü var
21 May 23:08
21 May 23:08
21 May 17:43
21 May 16:23
Diplomatların həyatını təhlükə altına atan bu hücum İsrailin beynəlxalq hüquq və insan hüquqlarına sistematik şəkildə məhəl qoymamasının növbəti təzahürüdür.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin İsrail əsgərlərinin diplomatları atəşə tutması haqda bəyanatında bildirilib.
Nazirlik onu da qeyd edib ki, nümayəndə heyətinin tərkibində Qüdsdəki konsulluğunun diplomatı da olub:
“Diplomatlara edilən hücumlar təkcə onların şəxsi təhlükəsizliyi üçün deyil, həm də dövlətlərarası münasibətlərin əsasını təşkil edən qarşılıqlı hörmət və etimada ciddi təhdiddir”.
Ankara dərhal araşdırma aparılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edir.
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb. İsrail mediası işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərində xarici diplomatların səfəri zamanı İsrail əsgərlərinin "havaya xəbərdarlıq atəşi" açdığını iddia edir. Lakin diplomatlar İsrail əsgərlərinin onlara atəş açdığını bildirirlər.
Bundan öncə Fransa XİN bəyanat yayaraq, hadisəni pisləmişdi. Heyətin tərkibində Türkiyə diplomatı da olub.