

22 May 09:50
ABŞ Prezidenti Donald Trampın Ukraynada axan qanın tez bir zamanda dayandırılmasının vacibliyi ilə bağlı açıqlamaları diqqəti cəlb edir və heyranlıq doğurur.
Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat qeyd edib ki, son on ildə ilk dəfədir ki, ABŞ-ın siyasi mənzərəsində “böhranın ilkin səbəbi” ifadəsini səsləndirən bir fiqur peyda olub ki, bunu dövlət katiblərindən heç biri belə etməyib, baxmayaraq ki, onlara münaqişənin tarixini bilmək üçün pul verilir.
“Buna görə də, təbii ki, onun bəyanatları, qan tökülməsinə son qoyulması zərurətinə aid olan hissəsi diqqət və hörmət doğurur”, - Zaxarova qeyd edib.