
Zelenski: Təhlükəsizliyin əsas təminatı Ukraynanın güclü ordusudur
4 Sentyabr 17:54
4 Sentyabr 17:54
4 Sentyabr 17:41
4 Sentyabr 17:21
4 Sentyabr 17:12
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Həbs edildikdən sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla, şübhəlilər barəsində “cinayətkar təşkilata liderlik etmək”, “cinayət təşkilatına üzv olmaq”, “hədə-qorxu ilə tələb etmə”, “məlumatları ələ keçirmə”, “rüşvət” cinayətləri ilə İstanbul Baş Prokurorluğu tərəfindən başlatılan korrupsiya istintaqı davam etdirilir.
Araşdırmalar çərçivəsində İSTAÇ, KİPTAŞ və Yol İstismar İdarəsində aparılan yoxlamalarda qanun pozuntularına yol verildiyi müəyyən edilib. Aralarında KİPTAŞ İdarə Heyətinin sədri Əli Kurt, İSTAÇ İdarə Heyətinin sədri Ziya Gökmen Toqay, İbrahim Bülbüllü, Nezahat Kurt və Mustafa Akın da daxil olmaqla 49 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.
İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən İstanbul, İzmir, Trabzon, Antalya, Tunceli və Kocaelidə eyni vaxtda həyata keçirilən əməliyyatlarda 42 şübhəli yaxalanıb.
Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.