

Ukrayna və ABŞ Amerika-Ukrayna Bərpa Fondunun işə salınması üçün bütün lazımi prosedurları başa çatdırıb.
APA “Unian“a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin birinci müavini – iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib.
Onun sözlərinə görə, son addım kimi bu gün ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Juli S. Deyvisdən diplomatik nota alınıb.
“İndi rəsmi olaraq hesab etmək olar ki, Fond işə başlayıb”, - nazir “Facebook”da yazıb.
Qeyd edək ki, ABŞ və Ukrayna bir müddət əvvəl Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasını nəzərdə tutan Ukraynanın təbii ehtiyatlarına çıxış haqqında saziş imzalayıblar.