

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, ötən həftə Türkiyənin ev sahibliyi etdiyi Rusiya və Ukrayna arasında aparılan danışıqlarda İstanbulda əldə olunan razılaşma əsasında məhbus mübadiləsinin həyata keçirildiyi bildirilib.
Açıqlamada deyilir:
"Əsir mübadiləsi çərçivəsində Kiyev administrasiyasının nəzarətində olan ərazidən 270 rus əsgəri və Kursk vilayətində Ukrayna ordusu tərəfindən əsir götürülənlər daxil 120 mülki şəxs alınıb. Bunun müqabilində 270 ukraynalı əsgər və 120 mülki şəxs verilib. Azadlığa buraxılan rus əsgərləri və mülki şəxslərə Belarusda lazımi tibbi və psixoloji yardım göstərilir. Onlar sağlamlıq mərkəzlərində müalicə olunmaq üçün Rusiyaya göndəriləcək”.
Açıqlamada “Rusiya tərəfinin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı məhbus mübadiləsi prosesi yaxın günlərdə də davam edəcək” deyə qeyd edilir.