Tailandda polis helikopteri qəzaya uğradı: 3 ölü Dünya

Tailandda polis helikopteri qəzaya uğradı: 3 ölü

Tailandda polisə məxsus bir helikopterin qəzaya uğraması nəticəsində 3 nəfərin həyatını itirdiyi bildirilib.

Hadisə Prachuap Khiri Khan əyalətində baş verib.

Xalqcebhesi.az xəbər verir ki, təlim uçuşu həyata keçirən "Bell 212" tipli helikopter yerli vaxtla saat 13:00 radələrində Wing 5 Hərbi Hava Qüvvələri bazasının yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 3 nəfər həyatını itirib.

Rəsmi qurumlar hadisə ilə bağlı araşdırma başladıldığını açıqlayıblar.

Məryəm Quliyeva