İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
26 May 2025 16:13
2 751
Rusiya Müdafiə Nazirliyi, Ukraynanın Sumi bölgəsində yerləşən iki yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, Nazirliyin verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada həyata keçirdiyi əməliyyatlarla bağlı son məlumatlar paylaşılıb. Açıqlamada, Rusiya ordusunun Ukrayna cəbhəsində irəliləyiş əldə etdiyi və “Şimal Hərbi Qrupu birliklərinin qətiyyətli hərəkətləri nəticəsində Sumi bölgəsinin Vladimirovka və Belovodı yaşayış məntəqələrinin azad edildiyi” bildirilib.
Həmçinin son 24 saat ərzində Ukrayna ordusuna məxsus 220 pilotsuz uçuş aparatının (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu, onlardan 139-nun cəbhə xəttindən kənarda məhv edildiyi qeyd olunub.
Rusiya Müdafiə Nazirliyi dünən də Donetsk bölgəsində yerləşən Romanovka yaşayış məntəqəsinin nəzarətə alındığını açıqlamışdı.
Rusiya Prezidenti Vladimir Putin isə ötən həftə verdiyi açıqlamada, Ukrayna ordusunun sərhəd bölgələrindəki mülki şəxslərə hücum etdiyini və buna cavab olaraq sərhəd boyunca “təhlükəsizlik zonası” yaradılacağını bildirmişdi.
Məryəm Quliyeva