

28 May 16:14
ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp 2028-ci ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Hill” (The Hill) qəzeti məlumat yayıb.
Kiçik Trampdan başqa, potensial prezidentliyə namizədlər arasında hazırkı Dövlət katibi Marko Rubio, daxili təhlükəsizlik naziri Kristi Noem və üç qubernator var: Floridadan Ron Desantis, Virciniyadan Qlen Yanqkin və Corciyadan Brayan Kemp.