İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
27 May 2025 00:54
2 373
Hollandiyanın Ukraynaya vəd etdiyi son F-16 qırıcıları Belçikadakı Volkel bazasından havaya qalxıb.
Xalqcebhesi.az xəbər verir ki, təyyarələrin oradan Ukrayna Hərbi Hava Qüvvələrinə təhvil verməyə hazırlandığı bildirilir.
Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, uçuşlara nazir Ruben Brekelmans şəxsən nəzarət edib.
O xatırladıb ki, sülh dövründə F-16-ya keçid Ukraynaya illər çəkəcəkdi, lakin onun pilotları və texniki işçiləri bunu rekord müddətdə edə biliblər.
Müdafiə naziri qeyd edib ki, Ukrayna pilotları artıq döyüş təyyarələrindən xüsusilə, Rusiya qanadlı raketlərini və kamikadze PUA-larını vurmaq üçün uğurla istifadə ediblər.