

Vatikanın rəsmi nəşrləri olan “L’Osservatore Romano” və “Vatican News”a danışan Vatikanın dövlət katibi kardinal Pietro Parolin İsrailin bombaladığı Qəzzada vəziyyətlə bağlı deyib: "Qəzzada baş verənlər qəbuledilməzdir. Beynəlxalq humanitar hüquq hər zaman və hər kəs üçün tətbiq edilməlidir. Biz bombardmanların dayandırılmasını və xalqa lazımi yardımların çatdırılmasını istəyirik. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu faciəyə son qoymaq üçün əlindən gələn hər şeyi etməlidir”.
O həmçinin HƏMAS tərəfindən saxlanılan bütün məhbusların dərhal azad edilməsi və 7 oktyabr 2023-cü ildə həyatını itirənlərin cəsədlərinin təhvil verilməsi çağırışlarını təkrarlayıb.