Medvedyevdən Trampın Putinlə bağlı sözlərinə cavab... Dünya

Medvedyevdən Trampın Putinlə bağlı sözlərinə cavab...

Rusiya Federasiya Şurasının sədr müavini Dmitri Medvedyev ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə bağlı paylaşımına münasibət bildirib.

Xalqcebhesi.az xəbər verir ki, Medvedyev bununla bağlı X səhifəsində paylaşım edib.

“Trampın Putinin “odla oynaması” və Rusiya barəsində “çox pis şeylər” haqqında sözlərinə gəldikdə: Mən real olanı bircə pis şeyi bilirəm: Üçüncü Dünya müharibəsi... Ümid edirəm ki, Tramp bunu anlayır”, - deyə o bildirib.

Qeyd edək ki, Tramp sosial şəbəkə paylaşımında Putinin odla oynadığını, özünün Rusiyanı pis şeylərdən qoruduğunu yazmışdı.