Trump “TikTok”u ABŞ-da saxlamaq niyyətindədir Dünya

Trump “TikTok”u ABŞ-da saxlamaq niyyətindədir

ABŞ prezidenti Donald Tramp Çinin “TikTok” sosial şəbəkəsini ölkədə saxlamaq və bununla bağlı bir razılaşma əldə etmək niyyətindədir.

APA xəbər verir ki, Tramp bununla bağlı Ağ Evdə danışıb.

"Mən TikToku saxlamaq istərdim. Demək istəyirəm ki, “TikTok” mənim üçün çox yaxşı idi".

O həmçinin əlavə edib ki, gənclər platforma sayəsində 2024-cü il seçkilərində qalib gəlməkdə ona kömək ediblər.