UNRWA: Humanitar yardımın Qəzzaya maneəsiz və fasiləsiz daxil olmasına icazə verilməlidir Dünya

UNRWA: Humanitar yardımın Qəzzaya maneəsiz və fasiləsiz daxil olmasına icazə verilməlidir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) verdiyi yazılı açıqlamada İordaniyanın paytaxtı Ammanda un, ərzaq, təmizlik ləvazimatları, yorğan-döşək və dərman kimi bir ay ərzində ən az 200 min insan üçün kifayət qədər humanitar yardımın olduğunu bildirib.

Açıqlamada "anbarın Qəzzaya avtomobillə 3 saatlıq məsafədə olduğu" vurğulanıb və "yardımların Qəzzaya daxil olmasına icazə verilməlidir" deyə qeyd edilib.

İsrailin blokadası səbəbindən yardımların çatmadığı bölgə üçün edilən çağırışda "Qəzzanın yardıma ciddi ehtiyacı var. Humanitar yardımların maneəsiz və fasiləsiz daxil olmasına icazə verilməlidir" deyə diqqətə çatdırılıb.

Bildirək ki, İsrail martın 2-dən bu yana Qəzzaya yardım axınını məhdudlaşdıraraq təxminən 2,4 milyon insanı aclığa sürükləyib.

Təl-Əviv hökumətinin verdiyi məlumata görə, həmin tarixdən indiyədək Qəzzaya cəmi 87 yardım maşınının girməsinə icazə verilib. Lakin Qəzzanın gündə ən azı 500 yardım və tibbi ləvazimat, həmçinin 50 yük maşını həyat qurtaran yanacağa ehtiyacı olduğu bildirilir.