İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
30 May 2025 15:47
2 541
Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman aprelin 17-də Tehrana səfər edib və Səudiyyə kralından iranlı yüksək vəzifəli məmurlara xəbərdarlıq mesajı çatdırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
"Mesajda Səudiyyə kralı İsraillə müharibə riskinin qarşısını almaq üçün İranı ABŞ Prezidenti Donald Trampın nüvə sazişi üzrə danışıqlara dair təklifini ciddi qəbul etməyə çağırıb", - məlumatda bildirilib.
Məlumata görə, Prezident Aparatında keçirilən görüşdə İran Prezidenti Məsud Pezeşkianla yanaşı, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri və xarici işlər naziri Abbas Arakçı da iştirak edib.