

ABŞ Ukraynada hərbi əməliyyatların aparılması təcrübəsini öyrənərək silah alışı sisteminə yanaşmasını dəyişir.
APA xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.
"Bir çoxlarınız kimi, biz də Ukrayna münaqişəsindən öyrəndik ki, müharibənin xarakteri sürətlə dəyişir. Biz artıq müdafiə satınalmalarını keçmişdə olduğu kimi apara bilmərik. İndi artıq aylar və illərlə mükəmməl sistemləri gözləmək mümkün deyil. Çünki onlar gecikmə ilə və büdcənin artması ilə müşayiət olunacaq.", - o deyib.
Pentaqon rəhbəri əlavə edib ki, Birləşmiş Ştatlar ən yeni texnologiyaların sürətlə tətbiqi üzərində işləyir. Çünki bu, onlara düşmənlərin daha yaxşı qarşısını almaq imkanı verəcək.