

Avropa Birliyi Gürcüstanda qəbul edilən “xarici agentlər haqqında” qanunu kəskin şəkildə pisləyib və bunu demokratiyaya ciddi zərbə adlandırıb.
Xalqcebhesi.az xəbər verir ki, bununla bağlı AB-nin bəyanatında vurğulanıb.
AB xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa komissarı Marta Kos bəyan ediblər ki, bu qanun son dövrlər qəbul edilən məhdudlaşdırıcı qanunlarla birlikdə ölkədə demokratik geriləmənin göstəricisidir.
Onlar Gürcüstan hakimiyyətini demokratik dəyərlərə hörmət etməyə və haqsız saxlanılan jurnalistləri, fəalları azad etməyə çağırıblar.
AB qeyd edib ki, üzvlük prosesi faktiki olaraq dayandırılıb, məsuliyyət isə tam şəkildə Gürcüstan hökumətinin üzərinə düşür.