İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
2 İyun 2025 14:00
2 289
Ermənistanın hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyası kilsənin dövlətə maliyyə hesabatlılığının təmin edilməsi haqqında qanun layihəsini irəli sürmək niyyətindədir.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə fraksiyanın katibi Artur Ovannisyan “Facebook”da yazıb.
“Şənbə və bazar günləri “Facebook” səhifəmdə “Erməni Apostol Kilsəsi dövlətə maliyyə hesabatı verməlidirmi?” sorğu keçirdim. Sorğuda 2 679 istifadəçi iştirak edib: 96% (2 575) hə, 4% (104) yox deyib. Bu istiqamətdə qanunvericilik işləri aparılmalıdır”, - o qeyd edib.