

3 İyun 17:28
İsrailin Qəzza zolağına hücumları durmadan davam etdikcə mülki əhalinin sağ qalmaq üçün mübarizəsi getdikcə çətinləşir. Güclü bombardmanların aparıldığı Qəzza zolağında ölənlərin sayı getdikcə artır.
Fələstin Səhiyyə Nazirliyi son 24 saatda Qəzza zolağında 52 mülki vətəndaşın cəsədi ilə 503 yaralının xəstəxanalara gətirildiyini və cəsədlərdən birinin İsrailin əvvəlki hücumlarında dağıntılar altında ölən fələstinli mülki vətəndaşlara aid olduğunu bildirib.
Nazirlik həmçinin İsrailin Qəzza zolağında atəşkəsi birtərəfli qaydada pozmasından bu yana 4201 fələstinlinin öldürüldüyünü, 12652 fələstinlinin isə yaralandığını açıqlayıb.
Açıqlamada İsrailin hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana ölənlərin sayı da açıqlanıb və ümumi itkilərin 54 min 470-ə, yaralıların sayının isə 124 min 693-ə yüksəldiyi bildirilib.