Zəlzələ panikasından sonra 200-dən çox məhkum qaçdı Dünya

Zəlzələ panikasından sonra 200-dən çox məhkum qaçdı

Pakistanın Kəraçi şəhərində gecə yarısı baş verən zəlzələdən sonra bölgədə yerləşən bir həbsxanadan 200-dən çox məhkumun qaçdığı bildirilib.

Xalqcebhesi.az Dawn qəzetinin polis mənbələrinə istinadən verdiyi xəbərə görə, Kəraçidə hiss edilən zəlzələnin ardından həbsxanada məhkumlar sayım üçün müvəqqəti olaraq çölə çıxarılıb. Bu fürsətdən istifadə edən 200-dən çox məhkum həbsxanadan qaçıb.

Rəsmilərin verdiyi məlumata görə, bu məhkumlardan 78-i artıq tutulub.

Bundan əlavə, polis yetkililəri bir məhkumun polislə qarşıdurma zamanı zərərsizləşdirildiyini, başqa bir məhkumun isə anası tərəfindən polisə təhvil verildiyini qeyd ediblər.

Qaçan məhkumların axtarışları davam edir.

Məryəm Quliyeva