Numan Kurtulmuş yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib Dünya

Numan Kurtulmuş yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

Türkiyə Böyük Millət Məclisində keçirilən səsvermənin üçüncü turunda hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan millət vəkili Numan Kurtulmuş 329 səs toplayaraq yenidən parlamentin sədri seçilib.

Xalqcebhesi.az xəbər verir ki, Türkiyə parlamentinin 28-ci çağırışının ikinci dövrü üçün sədrinin seçilməsi məqsədilə millət vəkilləri məclis sədrinin müavini Bəkir Bozdağın sədrliyi ilə toplanıb.

AK Partiya İstanbul millət vəkili Numan Kurtulmuş, CHP Artvin millət vəkili Uğur Bayraktutan, DEM Partiyası Diyarbəkir millət vəkili Osman Cengiz Çandar, İYİ Partiya İstanbul millət vəkili Mustafa Cihan Paçacı və Yeni Yol Partiyası Samsun millət vəkili Mehmet Karaman parlament sədrliyinə namizəd olublar.

Səsvermənin ilk iki turunda heç kim lazımi qədər səs toplaya bilməyib. Səsvermənin üçüncü turunda 529 deputat iştirak edib və Numan Kurtulmuş 329 səs toplayıb.

Kurtulmuş üçüncü turda keçirilən səsvermədə 301-dən çox səsin mütləq əksəriyyətini toplayaraq yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.