

“ABŞ administrasiyası öz xarici siyasətini təyin edərkən indiki dünya nizamını deyil, ABŞ-ın milli maraqlarını rəhbər tutacaq.”
Bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
"Xarici siyasətimizin - yerdən və məsələdən asılı olaraq - ilk növbədə ABŞ üçün nəyin xeyirli olduğuna fokuslanmalı olduğu fikri tamamilə itirilib. Biz beynəlxalq nizam və ya dünya üçün nəyin xeyirli olduğuna əsaslanaraq dəfələrlə xarici siyasətdə qərarlar vermişik. Mən demirəm ki, bunların heç bir əhəmiyyəti yoxdur. Amma bizim xarici siyasətimizin birinci prioriteti ABŞ və ABŞ-ın maraqlarına cavab verən məsələlər olmalıdır. Bu, təcridçilik deyil, sağlam düşüncədir", - o deyib.