

İsrailin 7 Oktyabr 2023-cü ildən bəri Qəzza Zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 54,607-yə, yaralananların sayı isə 125,341-ə çatıb.
İsrailin Qəzza Zolağına yönəltdiyi hücumların balansı ağırlaşır.
Xalqcebhesi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada, son 24 saat ərzində İsrailin hücumları nəticəsində 97 mülki şəxsin həyatını itirdiyi, 440 mülki şəxsin yaralandığı bildirilib. Nazirlik, təcili yardım maşınları və mülki müdafiə təşkilatlarının çatmadığı yerlərdə dağıntılar altında və yollarda cansız bədənlərin qaldığını bildirib. Son məlumatlarla birlikdə İsrailin Qəzza Zolağında atəşkəsi birtərəfli pozduğu 18 Martdan bəri həyatını itirənlərin sayı 4,335-ə, yaralananların sayı isə 13,300-ə yüksəlib. İsrail ordusunun hücumlara başladığı 7 Oktyabr 2023-dən bəri ümumi itkilərin sayı 54,607-yə, yaralıların sayı isə 125,341-ə çatıb.
Məryəm Quliyeva