

İstanbul Polis Kəşfiyyat Şöbə Müdirliyinin polis məmurları FETÖ-nün hazırkı strukturu ilə bağlı mühüm təsbitlər edib.
Xalqcəbhəsi.az “sabah.com.tr”yə istinadla bildirir ki, FETÖ-nün yeni kadrlar toplamaq üçün təşkilata bağlı olan və məhkəmə prosesi gedən şəxslərin övladlarını FETÖ-nün Tələbə Evlərinə yerləşdirdiyi, ayrı-ayrı evlərdə yaşayan tələbələrin heç kimin yaşamadığı FETÖ yığıncaq evlərində görüşdüyü müəyyən edilib. İstanbul polisi ümumilikdə 58 şübhəlinin tutulması üçün bir çox ünvanda eyni vaxtda əməliyyat keçirib. 54 şübhəli tutularaq saxlanılıb, 12 şübhəli həbs edilib. 14 şübhəli hüquqi prosedurlardan sonra sərbəst buraxılıb. İki şübhəli barəsində “Ev dustaqlığı” qərarı çıxarılıb.