

Egey dənizində baş verən güclü zəlzələdən sonra Aralıq dənizində daha bir zəlzələ baş verib.
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən açıqlamada zəlzələnin 4.0 bal gücündə və 67 kilometr dərinliyində olduğu qeyd edilib.
Saat 07:32-də baş verən zəlzələ Antalyanın Qazipaşa rayonundan 38 kilometr aralıda olub.