

Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, gecə saatlarında Ukraynaya məxsus 174 ədəd pilotsuz uçuş aparatı (PUA) Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən, o cümlədən paytaxt Moskva üzərində və digər bölgələrdə vurulub.
Xalqcebhesi.az xəbər verir ki, Nazirliyin açıqlamasında bildirilib ki, Ukrayna gecə saatlarında PUA-larla Rusiya ərazilərinə hücum təşkil edib.
Vurulan 174 PUA-nın Moskva, Bryansk, Rostov, Saratov, Voronej, Kalujya, Kursk, Oryol, Ryazan, Tula, Belqorod və Tambov bölgələri, eləcə də ilhaq edilmiş Krım üzərində məhv edildiyi qeyd olunub.
Açıqlamada əlavə olunub ki, Qara dəniz üzərində Ukraynaya məxsus 3 ədəd “Neptun-MD” qanadlı raketi də hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Məryəm Quliyeva