
"Hörümçək toru”nda ABŞ izi
11 İyun 23:28
11 İyun 23:28
11 İyun 23:23
11 İyun 23:17
ABŞ-ın sabiq prezidenti Donald Tramp bəyan edib ki, Kaliforniyada vəziyyət təhlükəsiz hala gələn kimi, orada yerləşdirilmiş milli qvardiyanı geri çağıracaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat verib.
Jurnalistlərin “Milli qvardiya Kaliforniyada nə vaxta qədər qalacaq?” sualını cavablandıran Tramp deyib:
“Təhlükə aradan qalxana qədər... Təhlükə bitəndə onlar gedəcəklər.”
Trampın bu açıqlaması Kaliforniyanın Los-Anceles şəhərində ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) tərəfindən iyun ayının əvvəlində həyata keçirilən reyd fonunda verilib. Reyd zamanı qeyri-qanuni miqrantların saxlanılması ilə bağlı etiraz aksiyaları baş verib və bu aksiyalar tezliklə toqquşmalara çevrilib.
Ağ Evin nümayəndələri bu etirazları “qanuna qarşı üsyan” kimi qiymətləndiriblər. Nəticədə Kaliforniya Milli Qvardiyasının birləşmələri Los-Ancelesə göndərilib. Onlarla milli qvardiya əsgəri şəhərin mərkəzində yerləşən federal binanın yaxınlığında müşahidə olunub – bu bina ICE reydləri zamanı saxlanılan şəxslərin gətirildiyi yerdir.
Etiraz aksiyaları 6 iyun tarixində başlayıb və hələ də davam edir. Hər keçən gün aksiyalar daha da aqressiv xarakter alır. “Gazeta.Ru” yazır ki, Tramp, Kaliforniya qubernatoru Gəvin Nyusomun əks çağırışlarına baxmayaraq, iki min milli qvardiya əsgərinin Los-Ancelesə göndərilməsi barədə qərar verib. Bundan sonra şəhərdəki iğtişaşlar yalnız mərkəzlə deyil, ətraf bölgələrlə də əhatə olunmağa başlayıb.
Məryəm Quliyeva