Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə həbs edilib
30 il əvvəl taksi sürücüsünü boğaraq meyitini boruda gizlədən iki nəfər həbs edilib - BİRGƏ MƏLUMAT
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Tramp: "Yaxın 36-72 saat ərzində İranla sülh danışıqları mümkündür"
11 İyun 2025 08:45
2 100
Cənubi Koreya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus KF-16 tipli qırıcı ABŞ-ın Alyaska ştatında keçirilən “Red Flag – Alaska” hərbi təlimləri zamanı zədələnib.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, Seul vaxtı ilə saat 09:02 radələrində təlim çərçivəsində havaya qalxmağa cəhd edən zaman təyyarədə nasazlıq baş verib və iki pilot təcili şəkildə katapult əməliyyatından istifadə edib.
Onlar xəsarət almayıb, lakin profilaktik müayinə məqsədilə yaxınlıqdakı xəstəxanaya aparılıblar.
Agentliyin yazır ki, iki nəfərlik təyyarə alışıb, lakin zədələnmənin dəqiq miqyası hələlik məlum deyil.
Cənubi Koreya HHQ hadisənin səbəblərini müəyyən etmək üçün ABŞ tərəfi ilə sıx əlaqədədir.