“Petro hökumətini devirmək planı həyata keçirilir” Dünya

“Petro hökumətini devirmək planı həyata keçirilir”

Venesuela Prezidenti Nikolas Maduro dövlət televiziyası VTV-yə açıqlamasında Kolumbiyada son günlər artan zorakılığa diqqət çəkib.

O, "Petro hökumətini devirmək üçün plan həyata keçirilir. Bu planı ABŞ-dən Marko Rubio idarə edir və məqsədi Kolumbiyanı cinayətkar dəstələr, zorakılıq və terrorla doldurmaqdır. Son günlər Kolumbiyada nələr baş verdiyini görürsünüz" deyə vurğulayıb.

Maduro iddia edib ki, sözügedən plan Kolumbiyada solçu hökuməti devirmək və onun yerinə ifrat sağçı, “neofaşist” hökuməti qurmaq məqsədi daşıyır.
Venesuela lideri qonşu ölkə Kolumbiya sərhədində təhlükəsizlik tədbirlərinin artırılması yönündə göstəriş verdiyini açıqlayıb.