“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Azərbaycanın bəzi rayonlarında güclü külək əsir, qar yağır - FAKTİKİ HAVA
“Suriya Demokratik Qüvvələri”nə qarşı yeni əməliyyat fevralda keçirilə bilər
Netanyahu və Rubio ABŞ-ın İranda mümkün müdaxiləsi mövzusunu müzakirə ediblər
Qalibaf: Vaşinqton hərbi hücuma keçərsə, İsrail və ABŞ ordusu qanuni hədəf olacaq
12 İyun 2025 18:46
2 037
İran uranın zənginləşdirilməsini davam etdirəcək, obyektlər dağıdılsa belə yenidən qurulacaq.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasının İran əleyhinə qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İranın nüvə obyektləri bombalarla məhv edilsə belə onlar yenidən qurulacaq.
Pezeşkian bildirib ki, AEBA Rəhbərlər Şurasının qəbul etdiyi qərara baxmayaraq, İran uranın zənginləşdirilməsi üzrə fəaliyyətlərini davam etdirəcək.
“Onlar bizim obyektlərimizi bombalarla məhv etsələr belə, bilik və bacarıq beynimizdə qalır və biz onların məhv etdiyi hər şeyi yenidən quracağıq. Biz öz yolumuzla gedəcəyik və uranın zənginləşdirilməsi prosesi davam edəcək”, - o əlavə edib.
Qeyd edək ki, AEBA Rəhbərlər Şurası son 20 ildə ilk dəfə İranın nüvə təhlükəsizliyi üzrə öhdəliklərinə əməl etmədiyini bəyan edən qətnamə qəbul edib.